TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb.
TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətlərdən 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı isə ambulator olub.
Yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 20 119 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 463 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 347 413-u stasionar, 7 115 820-si ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 % artım qeydə alınıb.
Yanvar-mart ayları ərzində 83 090 cərrahi əməliyyat və prosedur (78 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.