Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3 % ətrafında olacağı gözlənilir.
Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin yanvar ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağını açıqlamışdı.
"Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına, inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır", - deyə AMB bəyan edib.