Naxçıvanda quyudan meyiti tapılan 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovanın qətlə yetirildiyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb.
Saxlanılan qadının Zeynəb İsmayılovanın qonşusu olduğu bildirilir.
***
10:30
Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şərur rayonunun Oğlanqala kəndində bir nəfərin meyitinin quyudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
















