• Bakı 16° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Zelenski: Krım Ukrayna xalqının ərazisidir

DÜNYA

22 Aprel 2025 | 23:32

Zelenski: Krım Ukrayna xalqının ərazisidir

"Ukrayna Krımın Rusiya tərəfindən işğalını hüquqi baxımdan tanımır."

Bakıvaxtı.az xəbər verir ki, Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Danışmağa heç bir mövzu yoxdur. Bu, bizim Konstitusiyamızın hüdudlarından kənardadır. Bu bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir", - deyə o, vurğulayıb.

Zelenski əlavə edib ki, Krım və digər suveren ərazilər haqqında danışmağa başlayan kimi, danışıqlar Rusiyanın istədiyi formata daxil olur.

"12 ildir müharibə aparırıq - bu artıq bir cavabdır: ümumiyyətlə Rusiya ilə razılaşmaq mümkündürmü? Bu ritorik sualdır. Rusiya ilə tez razılaşmaq mümkündürmü? Xeyr. Təzyiq olmadan - bu qeyri-mümkündür", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, başqa ABŞ olmaqla bütün dünya tərəfindən Rusiyaya təzyiq olmalıdır.


SON XƏBƏRLƏR

22 Aprel 2025