• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lavrov Özbəkistana getdi

DÜNYA

23 Aprel 2025 | 00:33 | Müəllif: Subhan Mahmudov

Lavrov Özbəkistana getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana rəsmi səfərə gedib.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, onun təyyarəsi Səmərqənd hava limanına enib. 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişaf etdirilməsi, beynəlxalq problemlər, regional təhlükəsizlik məsələləri, həmçinin Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və Mərkəzi Asiya - Rusiya formatlarında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək üçün ölkə prezidenti Şavkat Mirziyoyev və xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşməyi planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026