• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Rosqvardiya"nın generalı SAXLANILDI

DÜNYA

23 Aprel 2025 | 00:05 | Müəllif: Subhan Mahmudov

"Rosqvardiya"nın generalı SAXLANILDI

Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsovu saxlayıblar.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o “xüsusilə külli miqdarda dələduzluq”la bağlı cinayət işi çərçivəsində saxlanılıb.

    Varentsovun Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilir. Hazırda onunla bağlı istintaq aparılır. Onun haqqında həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı qərar veriləcək.

    Məlumata görə, istintaq general-mayorun həbsinə çalışacaq.

    Qeyd edək ki, Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov bir ay əvvəl həbs edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026