• Bakı 20° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir

DÜNYA

22 Aprel 2025 | 23:57 | Müəllif: Subhan Mahmudov

Putin Ukraynaya hazırkı cəbhə xəttində atəşkəs təklif edir

Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Financial Times" üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır.

Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatın başlanmasından bəri Moskvanın maksimalist tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026