• Bakı 17° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Pakistan-Əfqanıstan sərhədində atışma: 16 nəfər öldü

DÜNYA

24 Mart 2025 | 00:20

Pakistan-Əfqanıstan sərhədində atışma: 16 nəfər öldü

Pakistan quru qoşunları Əfqanıstanla sərhəddə atışma zamanı 16 yaraqlını öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Qoşunlarımız səmərəli fəaliyyət göstərərək bu qüvvələrin ölkə ərazisinə sızmaq cəhdlərinin qarşısını aldı”, – ordu mətbuat xidməti bildirib.

Hadisə martın 23-ü gecə Pakistan Şimali Vəziristan rayonunda (Xayber-Paxtunxva əyaləti) baş verib.

Qeyd olunub ki, atışma Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiqin ölkələr arasında münasibətləri və iqtisadi məsələləri müzakirə etmək üçün Kabilə səfəri fonunda baş verib.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025