• Bakı C

    9.28 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

“Oğlum üçün heç kimdən xahiş etməmişəm” - VİDEO

ŞOU

22 Fevral 2025 | 13:26

“Oğlum üçün heç kimdən xahiş etməmişəm” - VİDEO

Müğənni İlqar Xəyal "Səs Azərbaycan" verilişində iştirakçı olan oğlu Teymur Hənifəyevlə bağlı açıqlama verib.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı"da danışıb.

"Aydın məsələdir ki, mənim repertuarımla böyüyüb. Mənim oğlum Bülbül məktəbində 11 il oxudu. Onun yalnız buraxılış imtahanına getdim. Məktəbin direktoru Xalq artisti Teymur Göyçayev məni gördü, dedi, burada nə edirsən? Dedim ki, oğlumun buraxılış imtahanına gəlmişəm. Soruşdu ki, oğlun burada oxuyur? Dedim, hə. Mən heç kimə oğlum üçün nə xahiş, nə də zəng etmişəm. Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var.  Dəstək evdə məsləhət vermək, məşq etmək, reperturar seçimi etməkdir", - deyə, İ. Xəyal bildirib.

Qeyd edək ki, Teymur yarışmada Xalq artisti Röya Ayxanın komandasındadır. 

 


SON XƏBƏRLƏR