• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Sertab Ereneri məhkəməyə verdilər

ŞOU

20 Mart 2025 | 16:27 | Müəllif: Gülşən Şərif

Sertab Ereneri məhkəməyə verdilər

 Türkiyənin tanınmış müğənnisi Sertab Erenerə qarşı məhkəmədə iddia qaldırılıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, ifaçı özünə aid mahnıları "YouTube" kanalında icazəsiz paylaşmaqda ittiham olunur.

Belə ki, musiqi prodüser şirkəti İstanbul Əqli Mülkiyyət Məhkəməsinə müraciət edərək, "Lal" və "Sakin Ol" adlı albomların rəqəmsal platformada icazəsiz paylaşıldığını iddia edib.

Şirkət sözügedən albomların müəllif hüquqlarının özünə məxsus olduğunu bildirir. 60 yaşlı sənətçidən mahnıları platformadan silməsi və bir daha orada yerləşdirməməsi tələb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026