• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Xankəndidə yollar qardan təmizlənir - FOTOLAR

CƏMİYYƏT

22 Fevral 2025 | 14:14 | Müəllif: Gülşən Şərif

Xankəndidə yollar qardan təmizlənir - FOTOLAR

 Xankəndidə iki gündür yağan qarın və şaxtalı havanın yollarda nəqliyyatın hərəkətini çətinləşdirməməsi üçün lazımi tədbirlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub. Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilir. Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib.

Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların təmizlənməsi işləri həyata keçiriləcək.

Havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq, şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.


Xankəndidə yollar qardan təmizlənir - FOTOLARXankəndidə yollar qardan təmizlənir - FOTOLARXankəndidə yollar qardan təmizlənir - FOTOLARXankəndidə yollar qardan təmizlənir - FOTOLARXankəndidə yollar qardan təmizlənir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR