• Bakı 17° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsait işçilərə ödənilib

CƏMİYYƏT

24 Mart 2025 | 11:30

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsait işçilərə ödənilib

İşdən qanunsuz çıxarılmış 7 nəfər əvvəlki işlərinə bərpa etdirilib, 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 86,3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Bildirilib ki, müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


SON XƏBƏRLƏR

29 Mart 2025