Bu gün Səbail rayonunda qaz kəsiləcək.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə bağlı saat 10:00-dan Səbail rayonu Salyan şossesində qaz təchizatında fasilə yaranacaq.
Təminat gün ərzində bərpa ediləcək.