• Bakı 22° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Emosional olaraq dözümlü insanların 3 xüsusiyyəti

CƏMİYYƏT

23 May 2025 | 08:53

Emosional olaraq dözümlü insanların 3 xüsusiyyəti

Travmatik təcrübələr, xəyal qırıqlıqları və üzüntülər də daxil olmaqla bir çox amillər insanların tükənməsinə səbəb ola bilər. Bununla belə, zehni cəhətdən möhkəm olan insanların problemlərin həlli yolları daha fərqlidir.

Bakıvaxtı.az xəbər verir ki, Dr. Hone TedX çıxışında dözümlü insanların üç əsas özəlliyini belə açıqlayıb:

1. Ağrı həyatın bir hissəsidir

Dözümlü insanlar ağrının insan varlığının bir parçası olduğunu qəbul edirlər. Çətin anlarda "Niyə mən?" demək yerinə “Niyə də mən yox?” sualını verirlər. Hər kəsin həyatında pis şeylər ola bilər, amma bu vəziyyət insanı ya gücləndirir, ya da məhv edir.

2. Faydaları tapmaq bacarığı

Dözümlü insanlar diqqətlərini hara yönəldəcəklərini dəqiq bilirlər. Realist bir perspektivlə, dəyişə bilməyəcəkləri şeyləri qəbul edərkən dəyişə biləcəkləri vəziyyətlərə fokuslanırlar. Bu arada əllərində olanı itirməməyə diqqət göstərirlər.

3. Özlərinə suallar verirlər

Verywell Mind-in araşdırmasına görə, dözümlü insanlar davamlı olaraq özlərinə “Bunu etmək mənə kömək edəcək, yoxsa zərər verəcək?” sualını verirlər. Köhnə fotoşəkilləri silmək və sosial mediada vaxt keçirməyi dayandırmaq kimi addımlar insanın özünü daha yaxşı hiss etməsinə kömək edə bilər. Bu sual insanın öz üzərindəki kontrolu bərpa etməyə və düşüncələrin daha sağlam inkişaf etməsinə şərait yaradır.

Laləzər Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR