• Bakı 18° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Füzulidə ferma sahibini öldürən şəxsə hökm oxunub

CƏMİYYƏT

21 Iyun 2025 | 19:00

Füzulidə ferma sahibini öldürən şəxsə hökm oxunub

Füzulidə ferma sahibini öldürməkdə təqsirləndirilən Anar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Təqsirləndirlən Anar Mahmudov şəxsi münasibət zəminində çoban işlədiyi fermanın sahibi Yaşar İbişovu qətlə yetirib. Yaşar İbişovun meyiti hadisədən bir müddət sonra tapılıb.

Yaşar İbişovun Füzuli rayonunun sabiq icra başçısı Kazım İbişovun oğlu olıduğu bildirilib.

Anar Mahmudova Cinayət Məcəlləsinin 120.1.-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR