• Bakı C

    9.21 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Tramp Makronu və Starmeri ittiham edib

DÜNYA

22 Fevral 2025 | 15:24

Tramp Makronu və Starmeri ittiham edib

 ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun və Böyük Britaniyanın baş naziri Keir Starmerin Ukraynadakı müharibəni dayandırmaq üçün “heç nə etmədiklərini” deyib.

Bakıvaxtı.az xəbər verir ki, bu ittiham hər iki liderin Ağ Evə səfəri ərəfəsində Donlad Trampın “Fox News” telekanalına müsahibəsində səsləndirilib. Bununla belə, tənqidlərə baxmayaraq, Tramp Makronu “dost” hesab etdiyini bildirib və Starmeri “çox yaxşı oğlan” adlandırıb.

Qeyd edək ki, Makron Vaşinqtona gələn bazar ertəsi, Starmer isə gələn cümə günü gələcəklər.

Bundan əvvəl onlar Trampın Ukrayna lideri Volodimir Zelenskini “diktator” adlandırması barədə bəyanatını şərh edərək, onun legitim prezident olduğunu bildiriblər.


SON XƏBƏRLƏR

22 Fevral 2025