ABŞ Ordusunun Sakit Okean Komandanlığı və Filippin quru qoşunları illik “Salaknib” təlimlərinə başlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, təlimlər üçhəftəlikdir və 5 min hərbçi iştirak edəcək.
Təlimlərin məqsədi iki ölkənin hərbçiləri arasında birgə əməliyyatların və ərazi müdafiəsinin aparılması bacarıqlarını təkmilləşdirməkdir. Həmçinin, tərəflər döyüş atışları keçirəcək təcrübə mübadiləsi aparacaqlar.
Hazırda “Salaknib”in birinci mərhələsi gedir, ikinci hissəsi isə bu ilin sonunda keçiriləcək. Təlimlər iki ölkənin illik “Balikatan” manevrlərinin bir hissəsidir.