• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Zurabişvilinin “Xarici təsir” qanunun ləğvi barədə iddiası geri çəkildi

DÜNYA

24 Mart 2025 | 13:10

Zurabişvilinin “Xarici təsir” qanunun ləğvi barədə iddiası geri çəkildi

Gürcüstan prezidenti Mixeil Kavelaşvili sabiq prezident Salome Zurabişvilinin “Xarici Təsirin Şəffaflığı Haqqında” qanununun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsində qaldırdığı iddiasını geri çəkib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

    “Xarici Təsirin Şəffaflığı Haqqında” Gürcüstan Qanunu şəffaflıq və hesabatlılığa əsaslanır ki, bu da Gürcüstan dövlətçiliyinin ən mühüm prinsipinin - dövlətin milli suverenliyinin və ölkənin sabit inkişafının qorunmasına töhfə verir.

    Qanun xarici güclərin maraqlarını təbliğ edən təşkilatların maliyyə mənbələri barədə ictimaiyyəti mümkün qədər məlumatlandırmağa xidmət edir.

    Müvafiq olaraq, Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusiya iddiasını rədd etmək qərarına gəlib”, - deyə prezident administrasiyasının yaydığı məlumatda deyilir.


    SON XƏBƏRLƏR

    25 Mart 2025