Türkiyədə Əkrəm İmamoğluna dəstək mitinqlərində maraqlı anlar yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, mitinqlərdə azərbaycanlı gənc Eldəniz Məmmədov sevdiyi qıza evlilik təklif edib.
Məlumata görə, görüntülər İstanbul şəhərinin Saraçhane qəsəbəsində lentə alınıb.
Gözlənilməz evlilik təklifi mitinqə rəng qatıb və iştirakçıların marağını özünə cəlb edib.