• Bakı C

    9.21 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Azərbaycanın iki idmançısı Dünya Kubokunun finalında!

İDMAN

22 Fevral 2025 | 20:19

Azərbaycanın iki idmançısı Dünya Kubokunun finalında!

Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.

Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.


SON XƏBƏRLƏR

22 Fevral 2025