Brazilyada ağır yol-nəqliyyat qəzası baş verib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Braziliyanın San-Paulu şəhərindən hərəkət edən avtobusun Waldir Canevari avtomobil yolunda yük maşını ilə toqquşması nəticəsində 12 universitet tələbəsi həyatını itirib, 19 nəfər isə yaralanıb.
Yerli KİV-in məlumatına görə, hadisə zamanı avtobusda olan tələbələrdən bir qismi hadisə yerində dünyasını dəyişib, yaralılar isə xəstəxanaya yerləşdirilib.
Qəzadan sonra tələbələrin təhsil aldığı Franka Universiteti 3 günlük matəm elan edib.
Nuriyyə Musayeva