• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Pezeşkianı Nəsrullahın dəfninə çağırmadılar

DÜNYA

22 Fevral 2025 | 19:00 | Müəllif: Subhan Mahmudov

Pezeşkianı Nəsrullahın dəfninə çağırmadılar

İran Prezidenti Məsud Pezeşkian Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasiminə dəvət almayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda "Entekhab" nəşri məlumat yayıb.

Bildirilir ki, mərasimdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf iştirak edəcək.

"O, şəxsi təşəbbüsündən sonra Livan parlamentinin sədri Nəbih Beri tərəfindən dəvət olunub", - məlumatda qeyd olunub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 27-də Beyrutun cənubunda İsrailin hava hücumu zamanı öldürülən Həsən Nəsrullah fevralın 23-də Livan paytaxtında dəfn olunacaq./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026