• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

İmamoğluya görə etirazlar: 1133 nəfər saxlanıldı

DÜNYA

24 Mart 2025 | 15:47

İmamoğluya görə etirazlar: 1133 nəfər saxlanıldı

"Türkiyədə 19-23 mart tarixlərində qanunsuz aksiyalarda iştirak edən 1133 nəfər şübhəli şəxs qismində saxlanılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerliqaya İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra CHP sədri Özgür Özəlin küçələrə çağırışı ilə başlayan icazəsiz aksiyalar haqqında danışarkən deyib.

“Saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər də müəyyən edilib”, - Ə.Yerliqaya bildirib.

Nazir əlavə edib ki, toqquşmalar zamanı 123 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, Türkiyədə aksiyalar 27 marta qədər qadağan edilib. Buna baxmayaraq, CHP İmamoğluya dəstək aksiyaları keçirir.


SON XƏBƏRLƏR

25 Mart 2025