• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Danimarka Qrenlandiyada təhlükəsizlik tədbirlərini gücləndirəcək

DÜNYA

24 Mart 2025 | 17:49

Danimarka Qrenlandiyada təhlükəsizlik tədbirlərini gücləndirəcək

Danimarka hakimiyyəti ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin səfəri ərəfəsində Qrenlandiyada yüksək təhlükəsizlik tədbirləri görür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Danimarka polisinin məlumatına görə, adaya əlavə polis bölmələri və axtarış itləri göndərilib. Ezam edilmiş polis əməkdaşlarının sayı bildirilmir. Yerli KİV-lərin məlumatına görə, söhbət onlarla polis əməkdaşından gedir.

ABŞ-nin ikinci xanımı adaya martın 27-də gedəcək və səfərini martın 29-da başa vuracaq. O, tarixi yerləri ziyarət etməyi və yerli mədəni irslərlə tanış olmağı planlaşdırır.

Daha əvvəl Qrenlandiyanın Baş naziri Mute Eqede ABŞ-nin ikinci xanımının gözlənilən səfərindən narazılığını ifadə edib.


SON XƏBƏRLƏR

25 Mart 2025