Rusiya və ABŞ Ukraynadakı vəziyyətin həlli üçün ortaq istəyə malikdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu çərçivədə tərəflər arasında müəyyən texniki məsələlərlə bağlı danışıqlar keçirilir. Rusiya rəsmilərinin verdiyi məlumata görə, bu gün Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilir. Görüşdə əsas müzakirə mövzularından biri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi olacaq. Məhz bu mandatla nümayəndə heyətimiz Ər-Riyada gedib. Məsləhətləşmələrin nəticələri barədə Prezident Vladimir Putinə dərhal məlumat veriləcək", - deyə Rusiya rəsmisi bildirib.