• Bakı C

    9.21 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Süni intellekt tənqidi düşüncəni azaldır 

DÜNYA

22 Fevral 2025 | 15:36

Süni intellekt tənqidi düşüncəni azaldır 

Yeni araşdırmaya görə, süni intellektin istifadəsi artdıqca insanların tənqidi düşünmə bacarıqları zəifləyir.

Bakıvaxtı.az xəbər verir ki, "Microsoft" və Carnegie Mellon Universitetinin birgə apardığı tədqiqat çərçivəsində 319 nəfərə anket təqdim edilib. Məqsəd, iştirakçıların işlə bağlı tapşırıqları yerinə yetirərkən süni intellektə nə dərəcədə güvəndiyini və bunun tənqidi düşünmə qabiliyyətlərinə təsirini ölçmək olub.

Araşdırmanın nəticələrinə görə, insanlar süni intellektdən nə qədər çox istifadə edirsə, bir o qədər az tənqidi düşüncə inkişaf etdirir.

Tədqiqatda qeyd edilib ki, süni intellektə artan etibar, fərdlərin məlumatın doğruluğunu yoxlama, cavabları inteqrasiya etmə və tapşırıqları idarəetmə yönümlü düşüncə tərzinə yönəlməsinə səbəb olur.


SON XƏBƏRLƏR

22 Fevral 2025