• Bakı C

    9.28 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Sabah da qar yağacaq - HAVA PROQNOZU

CƏMİYYƏT

22 Fevral 2025 | 13:05

Sabah da qar yağacaq - HAVA PROQNOZU

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

    Bakı və Abşeronda hava proqnozu

    Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Yollar buz bağlayacaq?

    Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

    Gecə və səhər yollar buz bağlayacaq.

    Rayonlarda gözlənilən hava şəraiti

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Ən çox şaxta harda olacaq?

    Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.


    SON XƏBƏRLƏR