Türkiyədə mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib.
Bakvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, əməliyyat Diyarbakır, Mersin və Aydında eyni vaxtda təşkil edilib.
Aparılan əməliyyatlardan sonra ədliyyəyə sövq edilən 21 şübhəlidən 12-si həbs edilib. 9 şübhəli məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Bildirilib ki, sinxron əməliyyatlar çərçivəsində ünvanlarda aparılan axtarışlarda təşkilata məxsus müxtəlif miqdarda narkotik vasitə, zərərçəkmiş şəxslərə qarşı əməliyyatlarda istifadə edildiyi müəyyən edilən tapançalar da daxil olmaqla, ümumilikdə 8 ədəd sənədsiz tapança, çoxlu sayda patron və sursat götürülüb.
Mina Mikayılova