ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin görüşməli olduğunu vurğulayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Dövlət başçısı atəşkəs və sülh razılaşmasının əldə olunmasını istədiyini bildirib.
Ağ Evdə verdiyi açıqlamada Tramp münaqişənin həlli üçün Rusiyayla danışıqları davam etdirəcəklərini qeyd edib.
O, ABŞ-nin Ukraynaya Avropadan üç dəfə çox maliyyə dəstəyi verdiyini və bu vəsaitin geri qaytarılması üçün razılaşma imzalanmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, o, 9 mayda Moskvada keçiriləcək tədbirlərə qatılmayacağını da açıqlayıb.
Əli Hüseynov