• Bakı C

    9.27 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Mədəyə təsir edən gizli epidemiya: NOROVİRUS 

DÜNYA

22 Fevral 2025 | 10:28

Mədəyə təsir edən gizli epidemiya: NOROVİRUS 

Son günlərdə Norovirus epidemiyası başda ABŞ olmaqla bütün dünyanı təsiri altına alıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Türkiyədə də yoluxma halları aşkar edilib.

Norovirus mədə bulantısı, qusma və ishal kimi simptomlarla özünü göstərir və xüsusilə qapalı və ictimai məkanlarda sürətlə yayılaraq bir neçə gün ərzində xəstəliyə səbəb ola bilər.

Xəstəliklər üzrə mütəxəssis Dr. Şencay Yıldız Şahin bildirib ki, “Xəstə olan şəxsin hazırladığı qidalar da yoluxmaya səbəb ola bilər. Eyni zamanda qapı dəstəkləri, lift düymələri, masa səthləri kimi tez-tez toxunulan yerlər virusun yaşaya bildiyi nöqtələrdir. Xüsusilə qusma zamanı havaya yayılan kiçik damlalar nəfəs yolu ilə asanlıqla yoluxdurur. Norovirus olduqca davamlıdır və yoluxma an məsələsidir. Bu səbəbdən gigiyena qaydalarına ciddi şəkildə əməl etmək həyati əhəmiyyət daşıyır,” – deyə o vurğulayıb.

Nuriyyə Musayeva

 


SON XƏBƏRLƏR