• Bakı C

    9.27 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Təxribat əleyhinə təlimlər keçiriləcək

DÜNYA

22 Fevral 2025 | 10:43

Təxribat əleyhinə təlimlər keçiriləcək

Krımda təxribat əleyhinə təlimlər keçiriləcək.

Bakıvaxtı.az bu barədə xəbər verir ki, respublikanın başçısı Sergey Aksenov öz "Telegram" kanalında məlumat verib .

Məlumata görə, fevralın 22-də Baxçasaray və Sakski rayonlarında “Bars-Krım” ərazi müdafiə bölmələrinin, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin , digər təhlükəsizlik və hüquq-mühafizə orqanlarının təlimləri keçiriləcək.

Bildirilib ki, təlimlərin məqsədi təxribat qruplarının Krım ərazisinə nüfuz etməsinə qarşı mübarizə aparmaqdır.

Bundan əlavə, Baxçasaray və Saki rayonlarında mobil rabitənin müvəqqəti dayandırılacağı qeyd olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR