Rusiya qoşunları Kurskda Ukrayna Silahlı Qüvvələrinin əsas təchizat marşrutunu ələ keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.
“Bu, Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatını əhəmiyyətli dərəcədə pozmağa imkan verir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, daha öncə rus qoşunlarının Kursk istiqamətindən Ukrayna sərhədini keçməsi barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edilib.