• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Ermənistan əhalisi sülhün nə qədər əhəmiyyətli olduğunu dərk edir - AÇIQLAMA

SİYASƏT

26 Fevral 2026 | 14:30

Ermənistan əhalisi sülhün nə qədər əhəmiyyətli olduğunu dərk edir - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Bakının əsas tələbi Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarının tamamilə aradan qaldırılması ilə bağlıdır.

Son günlərdə Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı proses sürətləndirilib. Yeni Konstitusiya mətninin yekunlaşdırılması üçün müəyyən edilmiş mart ayı son müddətdir. Hazır olan sənədin dərhal ictimaiyyətə təqdim ediləcəyi vurğulanır.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a bildirib ki, Ermənistan əhalisi bu ölkənin Azərbaycanla real sülh şəraitində yaşamasının onların gələcək təhlükəsizliyi və rifahı üçün nə qədər əhəmiyyətli olduğunu dərk edirlər.

Ekspertin fikrincə, Tramp lahiyəsindən bu yana proses artıq geriyədönməz xarakter almaqdadır:

“Ermənilər özlərinin başıboş, xudpəsənd millətçilərindən və Rusiyanın ölkələrində apardığı qızışdırıcı siyasətdən beziblər. Çünki həmin qüvvələrin əsl məqsədlərini yaxşı anlayırlar”.

Həsrət Rüstəmov, siyasi şərhçi

Müsahibimiz hesab edir ki, Ermənistanın yeni Konstitusiyasında tələb etdiyimiz dəyişikliklər anlayışla qarşılanacaq və səsvermədən uğurla keçəcək:

“Əks halda ermənilər başa düşməlidir ki, qonşu ölkələrə qarşı təhdidlərə davam etməklə yanaşı sülh bir yerdə mövcud ola bilməz”.

Aydın Baxış


SON XƏBƏRLƏR