• Bakı 12° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

Ermənistan hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə edir

CƏMİYYƏT

21 Mart 2023 | 19:09

Ermənistan hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə edir

Ermənistanın hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə etməsi müəyyən olunub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib:

"Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".


SON XƏBƏRLƏR

07 May 2024