Orucluq başa çatır. Sabah Ramazan bayramı qeyd olunacaq. Bir ay boyunca oruc tutan insanlar artıq normal qidalanma rejiminə keçəcək. Lakin bu, heç də düşünülən qədər asan deyil.
Necə qidalanaq ki, bu, orqanizmimizdə fəsadlar yaratmasın? ÜmumiyyətlƏ. əvvəlki vərdişə qayıtmaq üçün nələr edilməlidir?
Dietoloq Ləman Süleymanova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il oruc tutanların sayı xeyli artıb, Onun sözlərinə görə, demək olar, uşaqdan böyüyə qədər əksəriyyət oruc tutub: “Mənim 7-9 yaş aralığında pasientlərim var ki, oruc tuturlar. Təbii ki, mən buna çox müsbət yanaşıram. Sağlam şəkildə oruc tutmaq orqanizmə müsbət təsir göstərir”.
Dietoloq deyib ki, iki kateqoriyada insanlar var: düzgün və yanlış oruc tutanlar: “Bunu həm dini, həm də tibbi nöqteyi-nəzərdən deyirəm. İnsan var ki, bir ay tətil götürür, səhər imsak etmir, bütün günü yatıb axşam iftara yaxın oyanıb bolluca yeyir. Daha sonra, səhərə qədər oyaq qalıb imsak edirlər. Bu zaman orqanizm səhər yeməyini gecə yeməyi kimi qəbul edir. Gün ərzində köp, narahatlıq və halsızlıq olur. Nəticədə, çəki də durmadan artır. Hətta bu, mədə, bağırsaq xəstəliyinə gətirib çıxarır”.
Müsahibimizə görə, yanlış oruc tutduqda orucluqdan sonra da diskomfort yaşayırlar: “İnsanlar orucluq vaxtı axşam bol yeməyə o qədər öyrəşirlər ki, sonra da elə qidalanırlar”.
Dieotoloq qeyd edib ki, orucluqdan sonra rejimdən rejimə atlamaq lazımdır: “3-4 gün çətinlik olur, sonra orqanizm yeni rejimə öyrəşir. Elə insanlar var ki, orucluqdan sonra da eyni rejimdə davam etməyi xoşalayırlar. Onlar səhər, günorta yemək yemir, bütün gün şirniyyat atışdırıb axşam bolluca yeyir. Belə insanlarda ciddi problem əmələ gələ bilər. Amma səhər, günorta, axşam yüngül qidalanaraq normal rejimə keçsəniz, daha rahat şəkildə bunun öhdəsindən gəlmiş olacaqsınız”.
Aytac Aslan




jpg-1684586553.webp)






jpg-1684579528.webp)
jpg-1684578932.webp)



