• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ordumuzda müsabiqə keçirilir - FOTOLAR

CƏMİYYƏT

20 May 2023 | 15:07

Ordumuzda müsabiqə keçirilir - FOTOLAR

2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrupu” müsabiqəsi keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsi məqsədilə keçirilən müsabiqənin əsas məqsədi hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğidir.

Plana uyğun olaraq hərbi hissələrdə birinci mərhələ üzrə mükafatlandırılan qaliblər yekunda Azərbaycan Ordusu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər.
 


Ordumuzda müsabiqə keçirilir - FOTOLAROrdumuzda müsabiqə keçirilir - FOTOLAROrdumuzda müsabiqə keçirilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026