• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şagirdləri “qamçı” ilə döyən müəllimlə bağlı açıqlama - YENİLƏNİB

CƏMİYYƏT

20 May 2023 | 15:24

Şagirdləri “qamçı” ilə döyən müəllimlə bağlı açıqlama - YENİLƏNİB

Araşdırmalar zamanı müəllimin şagirdi döyməsi hadisəsinin cari ilin yanvar ayında baş verdiyi müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, hazırda müəllim və şagirdin valideynləri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunublar:

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

12:37

Sosial şəbəkələrdə Sumqayıtda müəllimin şagirdləri “qamçı” ilə döyməsini əks etdirən görüntülər yayılıb. Məlumata görə, hadisə şəhərdə yerləşən “Xəmsə” tədris Mərkəzində baş verib.

Yayılan görüntülərdə Elşad adlı müəllimin şagirdləri “qamçı” ilə döyərək şiddət göstərdiyi əks olunub.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı sözügedən tədris mərkəzi ilə əlaqə saxlanılıb.

Mərkəzin Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva bildirdi ki, həmin müəllim artıq orada çalışmır: “Elşad Qurbanov pandemiya dövründə bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyirdi. Hadisə də o vaxt olub, amma görüntülər indi yayılıb. Müəllimin dərsləri artıq bitib və bizim müəssisədə çalışmır. Bu videogörüntüləri gördükdən sonra onunla danışdıq və artıq sentyabr ayında ona yenidən otaq verə bilməyəcəyimizi də bildirdik”.

Həmin görüntüləri təqdim edirik:

/Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026