Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova mərkəzin direktor müavini - baş həkim təyin edilib.
Qeyd edək ki, 1969-cu ildə Naxçıvanda doğulan K.Məmmədova Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.
Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.








jpg-1689763007.webp)







