• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Qanunsuz kömür quyusu aşkarlandı

CƏMİYYƏT

19 Iyul 2023 | 13:58

Qanunsuz kömür quyusu aşkarlandı

Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lerik rayonu ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.

Xidmət rəsmisi Xaliq Mirzəyev qeyd edib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin Lerik rayonu, Hovil kənd sakini Qədir Quliyev olduğu müəyyən edilib:

“Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyusu isə ləğv olunub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR