• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

7 ayda sosial müavinətlər üzrə 578  mln. manat ödənilib

CƏMİYYƏT

18 Avqust 2023 | 12:32 | Müəllif: Qalib İbrahimoğlu

7 ayda sosial müavinətlər üzrə 578 mln. manat ödənilib

Bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən bildirilib.

Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 mln. manat ödənilib.

Yanvar-iyul aylarında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

 


7 ayda sosial müavinətlər üzrə 578 mln. manat ödənilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR