• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BAKIDA DƏHŞƏT: Valideynlər qızlarına İŞGƏNCƏ VERDİLƏR - FOTO

CƏMİYYƏT

16 Sentyabr 2023 | 23:48 | Müəllif: Subhan Mahmudov

BAKIDA DƏHŞƏT: Valideynlər qızlarına İŞGƏNCƏ VERDİLƏR - FOTO

Bakıda azyaşlı bacılar valideynləri tərəfindən zorakılığa məruz qalıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə Xətai rayonunda yaşayan azyaşlı qızlar həm ana, həm də ataları tərəfindən şiddətə məruz qalıblar:

"Qızlar ötən gün Sosial Xidmətlər Agentliyinin əməkdaşları və polislərin iştirakı ilə sığınacağımıza yerləşdiriliblər. Biri 9, digər 5 yaşında olan normal uşaqdırlar. Zorakılığın səbəbi ilə bağlı Sosial Xidmətlər Agentliyi hazırda qiymətləndirmə aparır.

Ola bilsin ki, valideynlərin psixi durumu yerində deyil. Ailədə 6 aylıq daha bir körpə var".

Mehriban Zeynalova qeyd edib ki, sığınacağa yeni yerləşdirilən azyaşlıların hər ikisi tibbi müayinədən keçirilib:

"Bacılarla hazırda psixoloqlar işləyirlər. Onların bir neçə tibbi müayinəsi keçiriləcək"./Bizimmedia


BAKIDA DƏHŞƏT: Valideynlər qızlarına İŞGƏNCƏ VERDİLƏR - FOTOBAKIDA DƏHŞƏT: Valideynlər qızlarına İŞGƏNCƏ VERDİLƏR - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026