• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş prokuror Anar Bağırovu təltif etdi

CƏMİYYƏT

16 Oktyabr 2023 | 22:00

Baş prokuror Anar Bağırovu təltif etdi

Azərbaycanın baş prokuroru Kamran Əliyev Vəkillər Kollegiyasının sədri Anar Bağırovu təltif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kollegiyanın sədri feysbukdakı hesabında yazıb.

O, qeyd edib ki, Kamran Əliyevin əmri ilə "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif olunub.

“Kamran Əliyev baş prokuror kimi fəaliyyətinin ilk günündən etibarən vəkilliyə müstəsna diqqət göstərib, xüsusilə Kollegiya tərəfindən göndərilən müraciətlərə hər zaman həssaslıqla yanaşıb. Eyni zamanda ikitərəfli əməkdaşlıq çərçivəsində 2019-cu ildə Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında anlaşma Memorandumu imzalanmışdır. Hazıra Kollegiya Baş Prokuror yanında Elmi-Məsləhət Şurasında təmsil olunur”, - Kollegiya sədri vurğulayıb.

A.Bağırov K.Əliyevə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026