• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Hacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLAR

CƏMİYYƏT

15 Noyabr 2023 | 19:54 | Müəllif: Subhan Mahmudov

Hacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Əmək yarmarkası təşkil olunub.

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 15 noyabr 2023-cü il tarixində Hacıqabul rayonunda 11 işəgötürənlə  birgə əmək yarmarkası təşkil olunub. 

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və  əməkdaşları iştirak etmişdir. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş,  işsiz və işaxtaran şəxslərə 150 sayda boş iş yerləri  (əməkhaqqı 350-1200 manat aralığına) təqdim olunub.  

Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan  318 nəfər vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.       

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş,  uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşdur.


Hacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLARHacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLARHacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLARHacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLARHacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLARHacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLARHacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLARHacıqabulda keçirilən əmək yarmarkasında 150 vakansiya təqdim edilib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026