• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB

CƏMİYYƏT

15 Dekabr 2023 | 18:25

Növbəti köç karvanı Zabux kəndinə çatıb - YENİLƏNİB

Bakı, Sumqayıt şəhərlərindən və bir neçə rayondan Laçına - doğma yurduna yollanan ailələr Zabux kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 92 nəfərin yurd həsrəti bitib.

Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri və Azərbaycan dövləti tərəfindən yenidən qurulan kəndin gözəl mənzərəsini seyr ediblər.

Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla anıblar.

Bununla da Zabux kəndində 146 ailə, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.

Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün şərait yaradılıb.

08:30

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə - 92 nəfər köçürülür.

Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhərindən – 9 ailə (36 nəfər); Bərdə rayonundan – 6 ailə (20 nəfər); Abşeron rayonundan – 4 ailə (16 nəfər); Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər); Lənkəran rayonundan – 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər); Ağcabədi rayonundan – 1 ailə (2 nəfər) köçürülür.

Beləliklə, Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülmüş olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı artıq yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 92 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026