• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tofiq Yaqublu HƏBS EDİLDİ - RƏSMİ

CƏMİYYƏT

15 Dekabr 2023 | 17:28

Tofiq Yaqublu HƏBS EDİLDİ - RƏSMİ

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.

Məhkəmə şəxsin istintaqdan yayınma, tərəflərə təsiretmə ehtimallarını nəzərə alaraq, istintaq orqanının təqdimatını təmin edib. 

Qərara əsasən, T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, T. Yaqublu ötən gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya  satma) maddələri ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026