• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Yeni ildə uşaqlara qoyulan adlar... - SİYAHI

CƏMİYYƏT

14 Yanvar 2024 | 13:54 | Müəllif: Subhan Mahmudov

Yeni ildə uşaqlara qoyulan adlar... - SİYAHI

2024-cü ili ilin ilk günlərində uşaqlara fərqli və müasir adların qoyulması halları müşahidə edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Ədliyyə Nazirliyindən məlumat əldə edib.

Belə ki, təzə ilin ilk ayının birinci yarısında oğlan uşaqlarına verilən adlar arasında Ərhan, Alihan, Onur, Mirac, Atilla, Mehran, Rüzgar, Qiyami və Rahula rast gəlinir.

Bununla yanaşı ilk onluqda Raul, Uğur, Hüseyn, Yusif, Əli, Amir, Aslan, Murad, Məhəmməd və Həsən adı qərarlaşıb.

Təzə ilin ilk ayının birinci yarısında qız uşaqlarına verilən adlar arasında isə Elay, Narin, Alisa, Milay, Asena, Melisa, Alina, Milana, Liya, Ahu, Özləm, Eslem, Sunay, Filiz, Milen, Dəfnə, Hümeyra, Eliza, Asenat və Afinaya rast gəlinib.

Bununla yanaşı Fatimə, Ayla, Aylin, Məryəm, Nilay, İnci, Zeynəb, Zəhra, Nur və Jasmin adları isə ilk onluqda qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR