• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış meyxanaçı hakim qarşısına çıxarılır

CƏMİYYƏT

16 Oktyabr 2023 | 19:50

Tanınmış meyxanaçı hakim qarşısına çıxarılır

Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir Ay Brat) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onun cinayət işini hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026