• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda hələ də parklanmadan qanunsuz pul yığanlar var... - VİDEO

CƏMİYYƏT

18 Avqust 2023 | 13:41 | Müəllif: Subhan Mahmudov

Bakıda hələ də parklanmadan qanunsuz pul yığanlar var... - VİDEO

Bakıda parklanma yerləri rəsmi ödəniş əsasında nağdsız qaydada həyata keçirilir.

Bakıvaxtı.az bildirir ki, lakin canfəşanlıq göstərərək avtomobili saxlamağa "kömək" etmək istəyənlər də var. Yaxınlaşıb sual verdikdə isə ''mən parklanmaya nəzarət etmirəm'' deyir.

"Xəzər Xəbər"in çəkiliş apardığını görən bəzi parklanmaya nəzarət edənlər isə müsahibə verməkdən imtina edərək ərazindən uzaqlaşdılar.

Amma bəzi nəzarətçilər var ki, onlar hələ də qanunsuz fəaliyyət göstrərdiklərindən xəbərsiz olduqlarını deyirlər.

Sürücülər isə bildirir ki, elə ərazilər var ki, orada ödənişi məcbur qalıb nəzarətçilərə verirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, paytaxtın təxminən 9-10 küçəsində dövlət tərəfindən təşkil edilmiş qanuni parkinq sahələri fəaliyyət göstərir. Həmin küçələr haqqında ''azparkinq'' tətbiqi vasitəsilə məlumat əldə etmək mümkündür. Orada nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Qeyd edək ki, parklanma yerlərində nağd şəkildə pul tələb edilərsə, sürücü həmin şəxs barəsində polisə məlumat verməlidir./xezertv

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR