• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq barədə rəsmi bildiriş göndərməyib - Peskov

DÜNYA

23 Fevral 2024 | 16:55

Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq barədə rəsmi bildiriş göndərməyib - Peskov

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurmaqla bağlı rəsmi bildiriş göndərməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli telekanala deyib.

"Ermənistan bununla bağlı hər hansı rəsmi tədbir görməyib. Biz həmkarlarımızla təmasa keçməyi və bu bəyanatların mənasını aydınlaşdırmağı nəzərdə tuturuq", - o deyib.

Peskovun sözlərinə görə, belə olduqda təfərrüatı anlamaq çox vacibdir.

"Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.


SON XƏBƏRLƏR

26 Iyul 2024