• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nigeriyada oğurlanmış 200-dən çox uşaq azad edildi

DÜNYA

24 Mart 2024 | 15:11 | Müəllif: Subhan Mahmudov

Nigeriyada oğurlanmış 200-dən çox uşaq azad edildi

Nigeriya ordusu əməliyyat zamanı ölkənin şimalında təhsil müəssisəsindən qaçırılan 200-dən çox uşağı azad edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Reuters agentliyi Kaduna ştatının qubernatoru Uba Saniyə istinadən məlumat yayıb.

O, hərbçilərə "cinayətkarlığın aradan qaldırılmasına və ictimai asayişin bərpasına" imkan verən cəsarət və qətiyyətə görə təşəkkür edib.

Kuriqa kəndindəki dövlət məktəbinə hücum martın 7-də səhər şagirdlərin ümumi yığıncağı keçirilən zaman baş verib. Bu, Nigeriyada son illərin ən dəhşətli kütləvi adam oğurluğundan biri idi. 2014-cü ildə silahlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qızı əsir götürüb aparıblar.

Nigeriya prezidenti Bola Tinubu məktəblilərin axtarışı və azad edilməsində iştirak etmək üçün əlavə təhlükəsizlik qüvvələrinin göndərilməsi barədə göstəriş verib. Martın 23-də Sokoto ştatının qubernatoru 17 məktəblinin azadlığa buraxıldığını elan edib. Təhsil müəssisəsinin nümayəndəsi Liman Abubakarın sözlərinə görə, heç bir fidyə ödənilməyib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR